azadses.az » Cəmiyyət » Bakının mərkəzində tikilən çoxmərtəbəli binada yoxlama - NÖQSANLAR ÜZƏ ÇIXDI

Bakının mərkəzində tikilən çoxmərtəbəli binada yoxlama - NÖQSANLAR ÜZƏ ÇIXDI

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov və M.Qaşqay küçələrinin kəsişməsində inşa edilmiş yaşayış kompleksində plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, aşkar edilmiş nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, nazirlikdən verilən məlumata görə, vətəndaşın şikayəti əsasında Xidmət tərəfindən 2 dekabr 2020-ci il tarixində sözügedən yaşayış kompleksində Ədliyyə Nazirliyinin rəsmi reyestrindən əldə edilmiş “Çıxarış” əsasında yanğın-texniki müayinə aparılıb və yaşayış kompleksinin zirzəmi mərtəbəsində yerləşən avtodayanacaq sahəsində xidmətlərin göstərilməsinin dayandırılması haqqında Qərar qəbul edilib. Lakin, adıçəkilən obyektin rəhbərliyi qəbul edilən Qərara məhəl qoymadan avtodayanacaq sahəsində xidmətlərin göstərilməsini davam etdirib və bununla bağlı inzibati qaydada tədbir görülüb. Ötən müddət ərzində əlavə olaraq yaşayış binasının 1 və 2-ci mərtəbələrində normativ sənədlərlə reqlamentləşdirilən yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinə kobud surətdə əməl olunmadan ticarət fəaliyyətinə yol verib. Belə ki,

lak, boya və digər asan alışan maddələrin saxlanılması və satışına yol verilib;
layihədənkənar işlər aparılaraq ticarət sahələrinin biri-birindən ayrılması məqsədilə yanar materiallardan arakəsmələr quraşdırılıb, yanğın yükünün süni şəkildə artırılması ilə yanaşı, hadisə zamanı insanların təhlükəsiz və qısa müddət ərzində təxliyəsinə məhdudiyyət yaradılıb;
avtomatik tüstü xaricetmə, yanğınxəbərverici siqnalizasiya və yanğınsöndürmə qurğuları quraşdırılmayıb;
quraşdırılmış daxili yanğın kranlarının bir çoxu lülə və şlanqlarla dəstləşdirilməyib, nömrələnməsi və möhürlənməsi təmin edilməyib;
baş verə biləcək yanğınların söndürülməsi üçün yanğın su hovuzu və ya hidrantlar nəzərdə tutulmayıb;
normativ sənədlərin tələblərinə uyğun olaraq zəruri sayda odsöndürənlərlə təmin edilməyib;
elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb;
həyətyanı sahənin təyin olunmayan yerlərində nəqliyyat vasitələrinin park edilməsi səbəbindən yanğın texnikalarının binaya yaxınlaşması məhdudlaşdırılıb.
Sadalanan yanğına qarşı çatışmazlıqlarla bağlı obyektin məsul şəxsləri barəsində inzibati xəta haqqında protokollar tərtib edilib və yanğının baş vermə riskinin və nəticələrinin minimuma endirilməsi məqsədilə müvafiq qanunvericiliyin tələblərini rəhbər tutaraq müraciətimiz əsasında qeyri-yaşayış sahəsinin elektrik enerjisi təchizatı 4 fevral 2021-ci il tarixindən dayandırılıb.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?