ARDNŞ ləğv edilir? – RƏSMİ AÇIQLAMA
- 31-01-2021, 10:18
- Cəmiyyət
Azərbaycan Dövlət Neft Şirkətinin ləğvi, transformasiya və ya özəlləşdirilməsi gündəm və prioritet məsələlərindən deyil.
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Real TV-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, ARDNŞ ilə əlaqəli əsas məqsəd bu strukturu, xüsusən də beynəlxalq bazarlarda daha güclü və rəqabətli etməkdir. Bu hədəflərə əsasən islahatlar aparıldı və nəticədə ARDNŞ Müşahidə Şurasının formalaşması ilə nəticələndi. Rövşən Nəcəf qeyd edib ki, ARDNŞ Müşahidə Şurasının formalaşdırılması həm də digər böyük neft və qaz şirkətlərində olduğu kimi Azərbaycan Dövlət Neft Şirkətinin korporativ strukturunun yaradılmasına yönəlib.
"Artıq neft və qaz şirkətlərinin getdikcə özlərini enerji şirkətləri adlandırması heç kimə sirr deyil və bu, onların inkişaf strategiyasında öz əksini tapır", - iqtisadiyyat nazirinin müavini vurğulayıb.
Rövşən Nəcəf uzunmüddətli perspektivdə alternativ və digər enerji mənbələri istehlakının artmasının neft və qaz şirkətlərinin dövrün gerçəkliklərinə cavab verməsinin zəruriliyini qeyd edib: "ARDNŞ-də məhz bu səbəblərdən neft şirkətinə uzunmüddətli perspektivdə davamlı rəqabət qabiliyyətinin təmin edilməsinə yönəlmiş islahatlar aparılır".