Şahbaz Quliyev: "Ermənilər əlimi qırmışdılar, ciyərlərimi dağıtmışdılar"
- 7-01-2021, 14:10
- Cəmiyyət
“Mən çox şadam ki, Azərbaycana qayıda bilmişəm. Biz dədə-babamızın qəbirlərini ziyarət edərkən girov düşdük. Məndə göz-baş qalmamışdı, ciyərlərimi ödə kimi dağıtmışdılar. Axşam yatmağa belə qoymurdular. Çarpayının altına elə şey qoymuşdular ki, onun səsi adamı yatmağa qoymurdu”.
“Azad Səs” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş Şahbaz Quliyev deyib.
“Onların qondarma “Milli Təhlükəsizlik” qurumunun nümayəndələri dubinkaları belimizdə qırırdılar. Mənim gözümün qabağında Beynəlxalq Qırmızı Xaç Komitəsinin üzvlərini qovdular ki, əlimə baxmasınlar. Əlim qırıq idi. Mənə deyirdilər ki, Dilqəmin dövlət tərəfindən göndərildiyini de. Məni Şuşaya aparan zaman da yaxşı baxmırdılar. Bizi kamerada bağlamışşdılar ki, oturun burada”, - o bildirib.