Operativ Qərargah məlumat yaydı – SON DƏQİQƏ
![](/uploads/posts/2020-12/medium/1607860131_son.jpg)
Nazirlər Kabineti yanında Operativ Qərargahdan ''Azad Səs''-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 39 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 175 874 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 111 918 nəfər müalicə olunaraq sağalıb, 1 922 nəfər vəfat edib, aktiv xəstə sayı 62 034 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 059, bu günə qədər isə ümumilikdə 1 953 303 test icra olunub.
![](/uploads/posts/2020-12/medium/1607860196_fsfsfsf.jpg)