Vətəndaşların paradı izləməsinə icazə veriləcək?
- 9-12-2020, 13:43
- Cəmiyyət
Sabah Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsindəki tarixi qələbəsi münasibətilə keçirilən paradda böyük bir şəxsi heyət iştirak edəcək. COVID-a yoluxanların artdığı bir dövrdə vətəndaşların paradı izləməsinə icazə veriləcəkmi?
''Azad Səs''-in xəbərinə görə, bu haqda açıqlamasında ehtiyatda olan polkovnik, sabiq korpus komandiri Şair Ramaldanov bildirib ki, pandemiya şəraitində vətəndaşların paradı canlı baxmaq imkanları minimuma endirilməlidir. Onun sözlərinə görə, eyni zamanda təhlükəsizlik tədbirləri görülməlidir.
Şair Ramaldanovun fikrincə, şəxsi heyət paradı keçirməli, vətəndaşlar isə telekanallar vasitəsilə zəfər paradını izləməlidirlər: "Bundan əvvəl keçirilən paradlarda da çox az vətəndaşın yaxından izləmə şansı olurdu. Virus sürətlə yayılmaqda davam edir. Müharibədə necə qalib olmuşuqsa, bu koronavirusa da birlikdə qalib gəlməliyik. Düşünürəm ki, insanları qorumaq üçün vətəndaş iştirakını məhdudlaşdırmalıyıq". Xezerxeber.az