azadses.az » Cəmiyyət » Əhalinin və avtomobil sahiblərinin NƏZƏRİNƏ

Əhalinin və avtomobil sahiblərinin NƏZƏRİNƏ

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polis İdarəsi növbəti dəfə əhaliyə və avtomobil sahiblərinə müraciət edib.
 
İdarədən verilən məlumata görə, müraciətdə bildirilir ki, 10 dekabr tarixində Bakının mərkəzi olan Azadlıq meydanında keçiriləcək “Zəfər paradı” ilə əlaqədar texnikaların hərəkəti və hərbi yürüş Nobel prospektindən başlayaraq Ağ Şəhər Bulvarına bitişik ərazidən keçərək Dəniz vağzalı, Azadlıq Meydanı, Dənizkənarı Bulvar boyu, Neftçilər Prospekti, Azneft Meydanı, Bayıl qəsəbəsi və Bibiheybət məscidi istiqaməti üzrə nəzərdə tutulub.
 
Keçirilən tədbirlərin təhlükəsizliyinin təmini, parad iştirakçılarının sərbəst hərəkətinin təşkil edilməsi məqsədilə Azadlıq meydanı istiqamətinə paralel və kəsişən bütün küçə və prospektlərdə avtomobil hərəkətinə tam məhdudiyyət qoyulacaq.
 
Belə ki, tədbir tam başa çatanadək həmin istiqamətlər üzrə:
 
- Bakı-Salyan yolunun 14-cü km-dən 3-cü Kənar Dairəvi yol istiqamətinə;
 
- Bayıl qəsəbəsi Su İdmanı Sarayı yanından Xanlar küçəsinə;
 
- Səbail rayonu Yanğından Mühafizə İdarəsinin inzibati binası qarşısından Q. Abbasov və Saraykin küçəsinə?
 
- M. Hüseyn, T. Elçin, Lermontov, İstiqlaliyyət və Niyazi küçələrindən Azərbaycan prospektinə;
 
- Nobel prospekti N. Rəfiyev küçəsi kəsişməsindən Babək prospektinə;
 
- A. Cəlilov küçəsinin A. İsmayılov, N. Əliyev, F. Bayramov və Y. Səfərov küçələri ilə 10-cu zavod dairəsinə;
 
- Y. Səfərov, Ə. Quliyev və 28 May küçələri kəsişməsindən D. Əliyeva küçəsi istiqamətinə;
 
- 28 May küçəsinin R. Zorge, K. Səfərəliyeva, Puşkin, S. Vurğun, R. Behbudov küçələri, Azadlıq və Bülbül prsopektləri kəsişməsindən A. Bakıxanov və Füzuli istiqamətinə hərəkət müəyyənləşdirilir.
 
Yol hərəkəti iştirakçılarına bildirilir ki, həmin istiqamətlər üzrə şəxsi avtomobildən istifadə süni sıxlığın və tıxacların yaranmasına səbəb ola bilər.
 
Bir daha xahiş olunur ki, ölkə əhəmiyyətli tədbirinin yüksək səviyyədə keçirilməsi üçün qaydalara riayət edilsin.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
  2. CAR-da ağır qəza: Çox sayda ölən və yaralanan var
  3. Daşkəsəndə arvadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb
  4. Bakıda ailə üzvlərini önə verərək polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
  5. Şabranda evə basqın olub, ölən və yaralanan var
  6. Ağstafada bəy və gəlin toylarında zəhərləniblər
  7. Tərtərdə 18 yaşlı gənc ehtiyatsızlıqdan ov silahından açılan atəş nəticəsində ölüb - YENİLƏNİB
  8. Abşeronda avtomobillə vurulan 82 yaşlı kişi ağır yaralanıb
  9. Binəqədidə iki nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var
  10. Bakıda yolu keçən kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Şou biznes
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”